"Qarabağ"ın formasını geyinmiş qapıçı Rusiyada vəfat etdi - FOTOLAR

11 Sentyabr 03:00 Qarabağ 646
"Qarabağ"ın formasını geyinmiş qapıçı Rusiyada vəfat etdi - FOTOLAR

"Qarabağ"ın sabiq futbolçusu Hüseyn Əhmədov vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu haqda qol.az-a Ağdam klubunun kapitanı olmuş Səttar Əliyev məlumat verib.

"Saşa" ləqəbli sabiq qapıçı 77 yaşında Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

1949-cu ildə Ağdam rayonunda anadan olmuş H.Əhmədov 1970 və 80-ci illərdə "Qarabağ"da çıxış edib.

Bir vaxtlar "Neftçi", "Avtomobilçi"də də oynayan H.Əhmədov 1988-ci ildə "Qarabağ" komandası ilə birgə Azərbaycan çempionu adını qazanıb.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM