“Mançester Yunayted” bu gecə “Old Trafford”da böyük təzyiq altında olacaq.
İngilis klubu iki illik fasilədən sonra Çempionlar Liqasına qayıdır və bu dönüşün ilk oyunu onlar üçün formal baxımdan münasib rəqibə qarşı olsa da, mövsümün başlanğıcı heç də ideal keçməyib.
“Yunayted” Premyer Liqanın ilk üç turunda cəmi dörd xal toplayıb, “Hall Siti”yə məğlub olub və son turda “Everton”la 2:2 hesablı heç-heçə edib.
Üstəlik, komanda “Everton” qarşısında iki dəfə hesabda öndə olmasına baxmayaraq, qələbəni qoruya bilməyib
. İngiltərə mətbuatı məhz müdafiə sabitliyinin və komandanın oyun daxilində üstünlüyü nəticəyə çevirmək qabiliyyətinin üzərində dayanır.
Bu məqam “Sabah” üçün xüsusi əhəmiyyət daşıyır.
Valdas Dambrauskasın komandası bu oyunda topa sahib olmaq uğrunda “Mançester Yunayted”lə uzunmüddətli rəqabət aparmağa çalışmamalıdır.
“Sabah” üçün daha vacib olan topa nə qədər sahib olmaq deyil, topu qazandıqdan sonra nə qədər keyfiyyətli istifadə etməkdir.
Azərbaycan çempionunun ən böyük şansı keçidlərdədir. “Yunayted” hücum zamanı müdafiə xəttini yuxarı qaldırdığı və rəqib yarımmüdafiəçilərlə müdafiə arasında boşluqlar yaratdığı epizodlarda “Sabah” sürətli və şaquli hücumlarla təhlükə yarada bilər.
Birinci ötürmənin irəliyə verilməsi, cinah oyunçularının sürətli qaçışları və müdafiə xəttinin arxasına edilən hərəkətlər bu oyunda xüsusi əhəmiyyət daşıyacaq.
SPORTİNFO.AZ
