Son çempion qaldığı yerdən davam edir... Bu dəfə asan olmayacaq

21:40 Sabah 75
Son çempion qaldığı yerdən davam edir... Bu dəfə asan olmayacaq

Mançester Yunayted"lə oyun öncəsi "Sabah" hazırkı lider "Zirə"nin daşını daş üstə qoymadı.

Premyer Liqanın 4-cü turuna təsadüf edən matçda "bayquşlar" 5:0 hesablı qələbəyə sevindi.

Əksəriyyət düşünürdü ki, avrokuboklarda güc itirən son çempion "Zirə"ni məğlub etməkdə çətinlik yaşayacaq.

Axı Rəşad Sadıqovun komandası da mövsümə pis başlamayıb - ardıcıl 3 qələbə.

Ən son "Neftçi" üzərində yaxşı oyun və 3 xal.

Amma meydanda həmin gözləntilərdən əsər-əlamət görmədik.

Start fitindən final fitinə qədər meydanda bir komanda vardı, o da "Sabah".

Valdas Dambrauskasın komandası "Kəpəz" və "Araz Naxçıvan"la oyunlarda heç bu qədər rahat 3 xala sevinməmişdi.

Sadıqov "Sabah"ın əsas silahı olan sol cinahı zərərsizləşdirmək üçün hətta İssa Cibrilanı sağ cinah yarımmüdafiəçisi kimi meydana buraxmışdı. Bu da Timoteuş Puxaç, Velko Simiç ikilisinin qarşısında aciz qaldı.

Meydan sahibləri çox sadə ötürmələrlə cərimə meydançasına daxil olub qolları sıraladı.

Hələ daha çoxunu da vura bilərdilər.

Bəli, "Zirə"nin heyəti keyfiyyətdə geri qaldığı aşkar görünür.

Problem ondadır ki, belə məqamda mübarizə aparmaqla balansı qorumaq olar. Zirəlilər bunu da bacarmadı.

Belədə nəticə təəccüblü olmalı deyil.

Son çempion kimi, son bombardir də qaldığı yerdən davam edir.

3 qolla yadda qalan Coy-Lens Mikelsi deyirəm.

Görünən odur ki, bu mövsüm də "Sabah" çempionluğu asanlıqla əldən vermək fikrində deyil.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO