“Mən heç vaxt belə bir şey görməmişəm, təsəvvür edə bilmirəm ki...”

10:20 İngiltərə 94
“Mən heç vaxt belə bir şey görməmişəm, təsəvvür edə bilmirəm ki...”

“Liverpul”un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager,“Mançester Siti”nin hücumçusu Erlinq Halandın məhsuldarlığı barədə danışıb.

“Şəhərlilər” sentyabrın 8-də, Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda səfərdə “Portu”nu 2:0 hesabı ilə məğlub edib. Norveçli forvard bu görüşdə dubl edib.

Sportinfo.az “CBS Sports”-a istinadən xəbər verir ki, Karrager, Halandın gələcəkdə bütün zamanların ən yaxşı bombardiri olacağına inandığını bildirib:

“Sadəcə təsəvvür edə bilmirəm ki, Haland 1000 qol vurmasın və ya, bütün zamanların ən yaxşı bombardiri olmasın. Məhsuldarlıq və statistika baxımından heç vaxt belə bir şey görməmişəm.

Üstəlik, bunu hər oyunda edir. Amma o, bunu davamlı şəkildə etdiyi üçün artıq qeyri-adi görünmür.

O, Çempionlar Liqasında səfər matçında iki qol vurdu. Bunu başqa hücumçu etsəydi, möhtəşəm hadisə kimi qiymətləndirilərdi.

Halandın vəziyyətində isə hər şey adi qəbul olunur. Mən onun sonda tarixin ən böyük bombardiri olacağından və hamıdan çox qol vuracağından başqa ssenari görmürəm”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!