Bu gün Azərbaycan futbolu üçün adi futbol günü deyil.
Bakı vaxtı ilə saat 23:00-da “Sabah” dünyanın ən məşhur futbol arenalarından biri olan “Old Trafford”da meydana çıxacaq və Çempionlar Liqasının liqa mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq.
Bu matçın Azərbaycan futbolu üçün əhəmiyyəti nəticədən daha böyükdür. Cəmi 2017-ci ildə yaradılmış “Sabah” bu gün Avropanın ən nəhəng futbol klublarından birinin stadionunda Çempionlar Liqasının əsas mərhələsində oynayacaq.
UEFA-nın da xüsusi vurğuladığı kimi, “Sabah” turnirin liqa mərhələsinə yüksələn tarixdə ən gənc klubdur. Azərbaycan isə “Qarabağ”dan sonra bu mərhələdə ikinci klubunu təqdim edir.
Məhz buna görə bugünkü qarşılaşmaya yalnız “Mançester Yunayted”in aşkar favorit olduğu oyun kimi baxmaq düzgün olmaz.
Bəli, komandalar arasında maliyyə, heyət dərinliyi, fərdi ustalıq və Çempionlar Liqası təcrübəsi baxımından böyük fərq var.
İngiltərə mətbuatında da əsas proqnoz “Yunayted”in qələbəsidir. Sports Illustrated “Mançester Yunayted” üçün 3:0 hesabı proqnozlaşdırır,
Sports Mole isə 3:1 hesabını daha real ssenari hesab edir. Lakin eyni mənbələr “Sabah”ın oyunu çətinləşdirə biləcəyini və xüsusilə “Yunayted”in müdafiəsində problemlərin olduğunu qeyd edirlər.
Əslində, “Sabah”ın bugünkü əsas üstünlüyü də məhz buradan başlayır: Azərbaycan çempionunun itirəcəyi demək olar ki, heç nə yoxdur.
SPORTİNFO.AZ
