Qol vurdu, tribunaya qaçdı, azarkeşlərin yanında əyləşdi - VİDEO

6 Sentyabr 07:50 Qəbələ 492
Qol vurdu, tribunaya qaçdı, azarkeşlərin yanında əyləşdi - VİDEO

Premyer Liqanın 4-cü turunda keçirilən “Qəbələ” – “İmişli” matçında maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Kərim Rossi oyunun 66-cı dəqiqəsində qol vurub.

Bu zaman futbolçu azarkeşlərin yanına gedib və qol sevincini onların yanındakı pilləkənlərdə əyləşərək qeyd edib.

Tərəftarlar isə onun ətrafına toplaşıb. Şərhçi oyunçunun bu hərəkətinin müəyyən cəza ilə nəticələnəcəyini qeyd edib.

Oyun “Qəbələ”nin 2:1 hesablı nəticəsi ilə yekunlaşıb.

Sözügedən anları təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM