"Deyəsən, bu matçda stadionda VAR sistemi yox idi"

12:20 Türkiyə 81
"Deyəsən, bu matçda stadionda VAR sistemi yox idi"

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “Sportinq”ə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hakimlərdən şikayətlənib:

“Erkən qol vurduq və bundan sonra oyuna nəzarət etdik. Daha sonra rəqib asan qol vurdu.

Onların qapıya dəqiq olan yeganə zərbəsi qolla nəticələndi. Fasilədən sonra futbolçularım yaxşı oyun nümayiş etdirdilər.

Lakin həmin penalti qərarı… Hakim verilməməli olan penalti təyin etdi və bu, komandamın ruhdan düşməsinə səbəb oldu.

Hakim qərarları əleyhimizə işlədi. Deyəsən, bu matçda stadionda VAR sistemi yox idi”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!