“Axmaq, sən kimsən? Mən dünya çempionatının qalibiyəm, bəs sən?” - MÜBAHİSƏ

10 Sentyabr 18:40 Hadisə 1 591
“Axmaq, sən kimsən? Mən dünya çempionatının qalibiyəm, bəs sən?” - MÜBAHİSƏ

MLS-in müntəzəm çempionatında “İnter Mayami” və “Çikaqo Fayr” komandaları qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, matçın sonlarına yaxın “İnter Mayami”nin yarımmüdafiəçisi Rodriqo de Paulla rəqib komandanın hücumçusu Robert Levandovski arasında mübahisə yaşanıb.

Argentinalı futbolçu polşalı hücumçuya belə deyib:

“Axmaq, sən kimsən? Mən iki dəfə Amerika kubokunun və dünya çempionatının qalibiyəm. Bəs sən?”

Levandovski sözügedən qarşılaşmada “Çikaqo Fayr”ın yeganə qolunu vurub. Polşalı forvard cari MLS mövsümündə 9 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

De Paul isə 19 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?