Serbiyalı vinger “Neftçi” yolunda - SON TRANSFER İDDİASI

08:30 Neftçi 71
Serbiyalı vinger “Neftçi” yolunda - SON TRANSFER İDDİASI

“Neftçi” Jeljko Qavriçi transfer etmək imkanını nəzərdən keçirir.

Sportinfo.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, Bakı klubu hazırda “Dyör ETO”da çıxış edən serbiyalı lə ciddi maraq göstərir.

Dyör təmsilçisinin rəhbərliyi isə uyğun təklif daxil olacağı təqdirdə onun satışına razılıq verə bilər. Bununla belə, tərəflər hələlik razılığa gəlməyiblər və keçidi baş tutmuş hesab etmək olmaz.

Qavriç bazar günü “Kişpeşt-Honved”ə qarşı keçirilən oyunun iştirak ərizəsinə daxil edilməyib.

Macarıstan mətbuatında futbolçunun heyətdən kənarda qalmasının mümkün klub dəyişikliyi ilə əlaqəli ola biləcəyi barədə ehtimallar irəli sürülüb.

Serbiyalı vinger 2025-ci ilin yayında “Dyör ETO”ya birdəfəlik keçib və cari mövsümdə də komandanın əsas futbolçularından biri olaraq qalır.

O, Macarıstan çempionatında keçirdiyi beş oyunda iki qol vurub və iki məhsuldar ötürmə edib. Qavriç ötən mövsüm isə bütün turnirlərdə 37 matçda meydana çıxaraq 12 qol və dörd assistlə yadda qalıb.

Məhz 2025/26 mövsümündə “Dyör ETO” Macarıstan çempionu olub. Klub tarixində 5-ci dəfə ölkə çempionluğu qazanan komanda 13 illik fasilədən sonra bu uğura imza atıb.

Dyör təmsilçisi 2019-2025-ci illərdə ardıcıl 7 dəfə ölkə çempionu olan “Ferentsvaroş”un hegemonluğuna son qoyub.

Qavriç mayın 16-da “Kişvarda”ya qarşı keçirilən və “Dyör ETO”nun 1:0 hesablı qələbəsi ilə başa çatan həlledici oyunda start heyətində yer alıb.

Azərbaycanda transfer pəncərəsi sentyabrın 10-da bağlanır. Bu səbəbdən klubların danışıqları yekunlaşdırmaq və keçidi rəsmiləşdirmək üçün hələ imkanları var.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!