Azərbaycan çempionatı keçiriləcək - Sentyabrın 12–14-də

11 Sentyabr 08:10 Digər növlər 349
Azərbaycan çempionatı keçiriləcək - Sentyabrın 12–14-də

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 12–14-də Bakıda yelkən idmanının Optimist və ILCA4 sinfi üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə ASİNF-dən məlumat verilib.

Azərbaycanla yanaşı, Türkiyədən də müxtəlif yaş kateqoriyalarında yelkənçilərin qatılacağı çempionat Şıxov çimərliyi ərazisində baş tutacaq.

Mübarizəyə hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də, saat 18:00-da başlayacaq. Açıq Azərbaycan çempionatının qalibləri diplom və medallarla mükafatlandırılacaqlar.

Həmçinin bütün iştirakçılara ASİNF tərəfindən sertifikatlar təqdim ediləcək. Fərqlənən idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM