Təcili iclas keçirildi, baş məşqçi ilə bağlı son qərar verildi - SON DƏQİQƏ

30 Avqust 21:15 Qəbələ 2 726
Təcili iclas keçirildi, baş məşqçi ilə bağlı son qərar verildi - SON DƏQİQƏ

Bu gün “Qəbələ”də təcili iclas keçirilib.

Klub rəhbərliyi və baş məşqçi Kaxaber Sxadadze bir araya gələrək, komandanın son nəticələrini və göstərdiyi oyunu geniş müzakirə ediblər.

İclas zamanı klub rəhbərliyi komandanın çıxışından narazılığını bildirib.

Tərəflər gürcüstanlı mütəxəssisin “Qəbələ”dən ayrılması ilə bağlı razılığa gəlib.

Əcnəbi mütəxəssis son anda qərarından daşınmasa, onun vəzifəsindən ayrılması ilə bağlı rəsmi açıqlamanın sabah yayılacağı gözlənilir.

“Qəbələ”ni isə müvəqqəti olaraq Asif Məmmədov məşqə çıxaracaq.

Yeri gəlmişkən, məlumunuz olsun ki, «Qəbələ»nin prezidenti Fariz Nəcəfov şok addım atıb.

Belə ki, o, Premyer Liqanın üçüncü turunda «Şamaxı» ilə evdə qolsuz heç-heçə edən komandanın paltardəyişmə otağına daxil olub.

Əsəbindən özünə yer tapa bilməyən başqan maketi yerə çırpıb.

Əsəbi soyumayan rəhbər su qablarını təpikləyib. Həmçinin kollektiv üzvləri ilə çox sərt formada danışıb.

Nəcəfov çempionatın ilk üç həftəsində qol vura və qələbə qazana bilməyən futbolçulara bunun bağışlanmaz hal olduğunu bildirib, mütləq surətdə tədbirlər görəcəyini açıqlayıb.

Prezident deyib ki, «Qəbələ»ni bu vəziyyətdə görmək istəmir və günahkarları tapıb üzə çıxaracaq.

«Belə gedə bilməz» ifadəsini işlədən klubun birinci şəxsi qeyd edib ki, o, bundan sonrakı oyunlarda yalnız qalibiyyət gözləyir.

«Qəbələ»də hər kəsi heyrət içində boğan isə Fariz Nəcəfovun bu qədər özündən çıxmasıdır. O, çox nadir hallarda komanda ilə görüşər, nəsə söz deyir.

Adətən, sakitliyini qoruyar, hər hadisəyə reaksiya verməz.

Bu isə ilk belə hadisədir. Görün, Kaxaber Sxadadzenin yarıtmaz fəaliyyəti onu necə çilədən çıxarıbsa, səbri basmağı çıxış yolu saymayıb.

SPORTİNFO.AZ

"Qəbələ"də vacib iclas - Kaxaber Tsxadadze ilə bağlı son qərar verildi

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!