Baş məşqçisiz qalan komandanı müvəqqəti kimə tapşırdılar?

00:50 Qəbələ 75
Baş məşqçisiz qalan komandanı müvəqqəti kimə tapşırdılar?

“Qəbələ” Misli Premyer Liqasının 4-cü turunda “İmişli”yə qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bölgə təmsilçisi qarşıdakı matça Amil Ağacanov - Miloş Yevtiç məşqçilər duetinin rəhbərliyi altında hazırlaşır.

“Qəbələ” - “İmişli” qarşılaşması sentyabrın 4-də, saat 18:00-da start götürəcək.

"Qəbələ" avqustun 31-də sabiq çalışdırıcısı Kaxaber Sxadadze ilə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM