Niderlandın U-19 millisinin sabiq futbolçusu Maruan Azarkan karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu “Neftçi”yə keçmək üzrədir.
“Əl-Nəsr”dən (Birləşmiş Ərəb Əmirlikləri) ayrılan Mərakeş əsilli sağ vinger hazırda klubsuzdur. “Neftçi” Azarkanla danışıqları davam etdirir.
Lakin hələlik konkret razılıq əldə olunmayıb. “Ağ-qaralar”ı bu məsələdə arxayınlaşdıran yeganə məqam futbolçuya başqa rəsmi təklifin olmamasıdır.
Maruan Azarkan “Əl-Nəsr”ə 2024-cü ildə “Utrext”dən 1 milyon avroya keçmişdi. O, “Feyenoord”un yetirməsidir.
