"Onlar iki ay ərzində məni heyətlərinə qatmağa çalışdılar"

15:20 Türkiyə 76
"Onlar iki ay ərzində məni heyətlərinə qatmağa çalışdılar"

“Qalatasaray”ın vingeri Rafael Leao bu yay “Milan”dan Türkiyə klubuna keçidi barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bunu deyib:

“Transferim üçün göstərdikləri səylərə görə “Qalatasaray”a təşəkkür edirəm. Onlar iki ay ərzində məni heyətlərinə qatmağa çalışdılar və mən bu layihəyə hər zaman inanırdım.

“Qalatasaray” mənə yenidən Çempionlar Liqasında oynamaq imkanı verdi”.

“Milan” 2025/26 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanmayıb.

Leao avqustun sonlarında İtaliya klubundan ayrılaraq, “Qalatasaray”a keçib. Portuqaliyalı futbolçu indiyədək İstanbul klubunun heyətində iki oyuna çıxıb, lakin fərqlənməyib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO