"Fənərbaxça”nın müdafiəçisi Rodriqo Bekao karyerasını Rusiyada davam etdirəcək.
30 yaşlı braziliyalı futbolçu “Rodina Moskva”ya 1 illik icarəyə verilib. İstanbul klubunun açıqlamasında bildirilib ki, 2028-ci ilə qədər müqaviləsi olan Bekao yeni mövsümü Rusiya Premyer Liqasında keçirəcək.
Məlumata görə, “Rodina” futbolçunun illik 1,8 milyon avroluq maaşının 600 min avroluq hissəsini ödəyəcək. Qalan 1,2 milyon avro isə “Fənərbaxça” tərəfindən qarşılanacaq.
Əslində Bekao daha əvvəl "Turan Tovuz"a təklif olunub.
İki klub arasında bütün razılığa gəlinib.
Bunda şəxsi münasibətlər də xüsusi təsir edib.
Keçidin son anda baş tutmamasının yeganə səbəbi maliyyə olub. "Turan" tərəfi maksimum 300 min avro maaş ödəyə biləcəyini bildirib.
Maaş balansını pozmamaq üçün.
Belədə danışıqlara nöqtə qoyulub.
Bekao 2023/24 mövsümündə “Udineze”dən “Fənərbaxça”ya keçib. O, İstanbul klubunda bütün turnirlərdə 38 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
XANOĞLAN/ SPORTİNFO.AZ
