Millimizin hücumçusu "Turan"a transfer olundu - RƏSMİ

07:30 Voleybol 77
Millimizin hücumçusu "Turan"a transfer olundu - RƏSMİ

Voleybol üzrə Azərbaycan millisinin üzvü Yelizaveta Ruban "Turan"a transfer olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli hücumçu yeni mövsümdə Tovuz təmsilçisinin heyətində həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında mübarizə aparacaq.

Karyerası ərzində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və Rumıniya klublarında çıxış edən Yelizaveta Ruban bir sıra mühüm uğurlara imza atıb.

31 yaşlı voleybolçu son olaraq Rusiyanın "Leninqradka" kollektivində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM