“Azərbaycan çempionatlarında bunların dəyişdirilməsi gündəmdədir”

11 Sentyabr 07:40 Azərbaycan Futbolu 755
“Azərbaycan çempionatlarında bunların dəyişdirilməsi gündəmdədir”

“Azərbaycanın aşağı yaş qrupları üzrə futbol çempionatlarında oyunçu sayı, meydanın ölçüsü və əvəzetmələrlə bağlı qaydaların dəyişdirilməsi gündəmdədir”.

Sportinfo.az xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev bildirib.

O, AFFA-nın gənclər futbolunda oyun formatlarının təkmilləşdirilməsi ilə bağlı klublarla məsləhətləşmələri davam etdirdiyini xatırladıb.

A.Hacıyev klub rəhbərlərinin təşəbbüsü ilə keçirilmiş növbəti video-görüşlə bağlı fikirlərini bölüşüb.

“Gənclər liqalarında oyun formatlarının təkmilləşdirilməsi müzakirə olunub. Amma necə olacağı hələlik bəlli deyil. Məsləhətləşmələr davam edir. Hamımız AFFA-nın yekun qərarını gözləyirik.

Amma hər kəs öz fikrini söyləyib. Oyunçu sayına, meydanın ölçüsünə, əvəzetmələrə yenidən baxılması ilə bağlı müzakirələr olub”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM