Peşəkar Futbol Liqası (PFL) I Liqanın əsasnaməsində yenilik edib.
Buna əsasən, çempionat iştirakçıları artıq həvəskar dərəcəli legioneri sifariş ərizəsinə sala bilməyəcək.
Təşkilatçı qurumun tələbinə əsasən, yalnız peşəkar müqaviləsi olan əcnəbi futbolçular qediyyata alınacaq. O, mütləq son 1 ildə professional komandanın formasını geyinməlidir ki, PFL onu həvəskar statusunda görməsin.
Yenilik I Liqanın səviyyəsini qaldırmaq məqsədi daşıyır. Axır illərin təcrübəsi göstərir ki, yarışmaçılar sıralarına qatdığı legionerlərin statusuna əksər hallarda fikir vermir.
Bir çox klublar üzvlük haqqını da özü ödəmir. Xaricdən gələn oyunçular qeydiyyata alınması üçün 5000 manatından keçməli olur.
Və beləcə, ilk «peşəkar futbolçu» kateqoriyasına burada yiyələnirlər. Təbii ki, bu da liqanın imicini aşağı salır, rəqabətə mənfi təsir göstərir.
Hazırkı reqlamentə əsasən, turnirin mənsubları əsas heyətdə yalnız 3 legioner oynada bilər. Ehtiyat skamyada isə minimum 3 nəfərin əyləşməsinə icazə verilir.
Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov bununla bağlı Sportinfo.az-a açınlam verib:
“PFL 2023/24 mövsümündən etibarən I Liqada legionerlərin statusuna dair tələb irəli sürür. Belə ki, bu liqada çıxış edən bütün əcnəbi futbolçular peşəkar statusa malik olmalıdır.
Bu addımı atarkən, qərarı qəbul edərkən qarşıya ancaq bir məqsəd qoyulmuşdu - ölkəyə, liqaya gələn legionerlərin səviyyəsi yüksək olsun.
Aşağı səviyyəli, həvəskar statuslu əcnəbilərin liqaya gəlişi əvəzinə peşəkarların gəlişini üstün tutmaqda məqsədimiz I Liqanın səviyyəsini qaldırmaq, rəqabəti gücləndirmək idi.
Artıq dörd mövsümdür ki, bu qayda tətbiq olunur və bəzi legionerlərin I Liqadan sonra Premyer Liqada da oynaması verilən qərarın doğruluğunu göstərən məqamlardandır“.
