Serbiya və Macarıstan çempionu "Neftçi" ilə anlaşdı - SON DƏQİQƏ

10 Sentyabr 09:40 Neftçi 4 186
Serbiya və Macarıstan çempionu "Neftçi" ilə anlaşdı - SON DƏQİQƏ

“Neftçi” heyətini yeni legionerlə gücləndirib.

“Ağ-qaralar” serbiyalı Zeliko Qavriçlə anlaşıb.

25 yaşlı futbolçu sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edir, həmçinin sağ cinahda və “10 nömrə” mövqeyində oynaya bilir.

Qavriç peşəkar karyerasına Serbiyanın “Srvena Zvezda” klubunda başlayıb.

Daha sonra “Ferentsvaroş”, Slovakiyanın “DAC 1904” və Macarıstanın “ETO FC” komandalarında çıxış edib.

“ETO”da əvvəlcə icarə əsasında oynayan serbiyalı futbolçu 2025-ci ildən klubun tamhüquqlu üzvüdür.

Qavriç “Srvena Zvezda” ilə 2 dəfə Serbiya çempionu və 1 dəfə ölkə kubokunun qalibi, “Ferentsvaroş”la isə Macarıstan çempionu və kubokunun qalibi olub.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə