Azərbaycanlı futbolçuların böyük əksəriyyətinin xarici dil bilmək bacarığından əziyyət çəkdiyi dönəmdə Mahir Emreli ilə Musa Qurbanlı bu baxımdan alqış qazanmaqdır.
İngilis, rus, türk, polyak və xovat dillərində danışan Mahirdən fərqli, Musa üstünlüyü bütünlüklə ingiliscəyə verib və bu, onda heç də pis alınmır.
“Qarabağ” – “Tevnte” matçından sonra Musanın İngilis dilində verdiyi müsahibə izləyicilər tərəfindən rəğbətlə qarşılandı. ADA Universitetinin məzunu olan Qurbanlı illərin boşa getmədiyini göstərdi.
Musabın ingiliscə danışması Bakıda fəaliyyət göstərən xarici dil kursunun rəhbəri və pedaqoqu Zəfər Əskərlinin diqqətini çəkib.
Əskərli hazırladığı videoda “Qarabağ”ın hücumçusunun İngilis dili biliyini yüksək qiymətləndirməklə yanaşı, müsahibədə yol verdiyi iki qrammatik səhvi aşkarlayıb.
HƏBİB / SPORTİNFO.AZ
Videoya aşağıdakı linkə keçid etməklə baxa bilərsiniz.
