“Real”ın 125 milyon avroluq hücumçusu nədən narazıdır?

10 Sentyabr 18:20 İspaniya 510
“Real”ın 125 milyon avroluq hücumçusu nədən narazıdır?

“Real”ın hücumçusu Yan Diomande az oyun vaxtı almasından narahatdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Okdiario” məlumat yayıb.

Fil Dişi Sahilindən olan futbolçu yeni klubunda daha böyük rol alacağını gözləyib və mövsümün əvvəlində ehtiyat oyunçular oturacağında qalacağını düşünməyib. Ancaq “Real” rəhbərliyi Diomandeni səbirli olmağa çağırır.

19 yaşlı vinger “kral klubu”nun heyətində bütün turnirlərdə 5 oyuna çıxıb. O, ümumilikdə cəmi 94 dəqiqə meydanda olub və hələlik məhsuldar fəaliyyətlə yadda qalmayıb.

“Real” Diomandenin “Leyptsiq”dən transferi üçün 125 milyon avro ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…