"Neftçi" heyətini amerikalı oyunqurucu Elayca Hokinslə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
24 yaşlı, 180 santimetr boya malik basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
E.Hokins son olaraq Macarıstanın "Atomeromu" komandasının formasını geyinib.
