"Hələlik yeni baş məşqçi ilə bağlı hər hansı plan yoxdur"

08:50 Qəbələ 175
"Hələlik yeni baş məşqçi ilə bağlı hər hansı plan yoxdur"

"Qəbələ" mövsümə uğursuz start verdiyi üçün baş məşqçi Kaxaber Sxadadze ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Sportinfo.az xəbər verir ki,bunu "report"a açıqlamasında bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.

O, gürcüstanlı mütəxəssislə yolların ayrılma səbəbləri barədə danışıb:

"Müqaviləyə xitam verilməsinin səbəbi nəticələrlə bağlıdır. Mövsümə çox pis başladıq.

Əslində, ötən il də nəticələr rəhbərliyi tam qane etməmişdi. Hədəfimiz daha yüksək idi.

Uğursuz gedişat bu mövsüm də davam etdiyi üçün qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik".

S.Səfiyarlı komandadakı mövcud durum və yeni baş məşqçi axtarışları barədə də danışıb:

"Hələlik yeni baş məşqçi ilə bağlı hər hansı plan yoxdur. Hazırda komandanı məşqçilər korpusunda yer alan digər mütəxəssislər hazırlayır.

Yeni təyinatla bağlı ən yaxın vaxtda qərar verməyə çalışacağıq. Çünki həftəsonu oyunumuz olacaq".

2024-cü ilin fevralından "Qəbələ"də çalışan K.Sxadadze ilə yolların ayrıldığı bu gün açıqlanıb.

Komanda Misli Premyer Liqasının 2026/2027 mövsümündə keçirdiyi 3 oyunun ikisində uduzub, birində heç-heçə edib. Bölgə təmsilçisi bu görüşlərdə qol hesabını da aça bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!