İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa təşkil olundu

05:00 Digər növlər 39
İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa təşkil olundu

Azərbaycan İdman Akademiyasında (AİA) Kembric Universitetinin eksperti Ceyms Bidlin rəhbərliyi ilə "Qiymətləndirmə" mövzusunda dəyirmi masa keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AİA-dan bildirilib.

Dəyirmi masaya Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universitetindən nümayəndələr qatılıb.

Ceyms Bidl iştirakçılarla öz bilik və təcrübəsini bölüşüb. Həmçinin qiymətləndirmənin əsas prinsipləri və bu sahədə beynəlxalq yanaşmalar müzakirə olunub.

Görüş sual-cavab və fikir mübadiləsi formatında davam edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il