Azərbaycan millisinin hücumçusu Premyer Liqada - 1+1 illik müqavilə

10 Sentyabr 10:40 Bizimkilər 827
Azərbaycan millisinin hücumçusu Premyer Liqada - 1+1 illik müqavilə

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu “Bukovina”ya keçib.

Bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi Dadaşovla 1+1 illik müqavilə imzalayıb. O, yeni komandasında 9 nömrli forma ilə oynayacaq.

Son olaraq Polşada "Motor"un şərəfini qorumuş Renat karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” klublarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!