"Sabah"ın gəncləri UEFA Gənclər Liqasına 0:5-lə start verdi

10 Sentyabr 19:00 Sabah 835
"Sabah"ın gəncləri UEFA Gənclər Liqasına 0:5-lə start verdi

“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə “Mançester Yunayted”in gənclər komandası ilə qarşılaşıb və 0:5 hesabı ilə məğlub olub.

İngiltərə klubunun qollarını Əmir İbrahimov (2-ci dəq.), Yakob Uotson (16) və Qabriel (45, 85, 87) vurublar.

“Sabah” tarixində ilk dəfə UEFA Gənclər Liqasının Liqa mərhələsində iştirak edir.

“Sabah”ın U-19 komandası ÇL-in Liqa mərhələsində ümumilikdə altı oyun keçirəcək.

Komandanın növbəti turlardakı rəqibləri ardıcıl olaraq “Slaviya” (Çexiya), “Borussiya” Dortmund (Almaniya), “Vikinq” (Norveç), “Barselona” və “Vilyarreal” (hər ikisi İspaniya) olacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti