“Qəbələ” rəhbərliyi Kaxaber Tsxadadzenin işindən hələ ötən mövsümdən narazı idi.
Gürcü çalışdırıcının klubla müqaviləsinin 2027-ci ilin iyun ayında başa çatması başbilənləri səbrli davranmağa məcbur edirdi.
Kaxa komandanı tərk edəcəyi halda, özünə çatmalı olan pulu qəpiyinə qədər tələb edəcəkdi. Rəsmilər təbii ki, bundan məlumatlı idi.
“Şəfa”ya məğlubiyyətin (0:0) ardınca “Şamaxı”yla əldə olunan qolsuz bərabərlik ayrılığı rəsmiləşdirdi. Artıq nə səbr etməyə yer qalmışdı, nə də xoş gələcəyə ümid.
Tsxadadze “Qəbələ”ni quru-quru əl sıxmaqla tərk etməyib.
O, Gürcüstana qayıtmaq üçün rəhbərlikdən 5 ayın maaşını tələb edib. Daha doğrusu, uzun sürən danışıqların sonunda bu qərar qəbul olunub.
Belə ki, 58 yaşlı mütəxəssis iyul-noyabr ayrıları üçün nəzərdə tutulmuş əməkhaqqına sahib olacaq.
İyul və avqust ayında iş başında olduğunu nəzərə alsaq, qarşıdakı 3 ayda evində oturub maaşına sahib olacaq.
Maraq üçün bildirək ki, Kaxaber Tsxadadzenin aylıq məvacibinin 10 min dollar olduğu deyilir.
HƏBİB / SPORTİNFO.AZ
