“Qarabağ” son satışdan nə qədər PUL QAZANIB?

13:00 Qarabağ 199
“Qarabağ” son satışdan nə qədər PUL QAZANIB?

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını “Vyeçista”da davam etdirəcək.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qolkiperin transferi ilə bağlı razılıq əldə olunub.

"Qarabağ" qarşı tərəfin təklifini onun istəyini nəzərə alaraq, müsbət cavablandırıb.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib.

O, komandada Azərbaycan çempionu olub (2024/25), Çempionlar Liqasında 1/8 finala vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

Polşa mediası onunla 3 illik müqavilə bağlayan Krakov təmsilçisinin “köhlən atlar“a 500 min avro təzminat ödədiyini yazıb.

Yerli həmkarlarımız iddia edib ki, “Qarabağ” buradan ayrılmaq qərarından dönməyən kiperə görə başqa çağırış almayıb, ona görə də “Vyeçista”nın təklifini qəbul etmək məcburiyyətində qalıb.

Bu məlumat həqiqətin özü deyil. Saytımızın öyrəndiyinə görə, “Qarabağ” kontraktı 2027-ci ilin yayında bitəcək “əəlcək sahibi”ni göstərilən rəqəmə satmayıb.

Razılaşdırılan kompensasiyanın miqdardı ictimaiyyətə təqdim olunan məbləğdən bir xeyli çoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!