“Messi və Ronaldonun dövrü başa çatdıqdan sonra bu mükafata marağım itdi”

10:00 Dünya futbolu 99
“Messi və Ronaldonun dövrü başa çatdıqdan sonra bu mükafata marağım itdi”

Fransa millisinin və “Barselona”nın sabiq müdafiəçisi Samuel Umtiti “qızıl top” mükafatını tənqid edib.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bu mükafatın futbola ziyan vurduğunu deyib:

“Qızıl top”un təqdimetmə mərasimi artıq mənasını itirib. Hazırda bu mükafat futbola ciddi ziyan vurur.

Futbol kollektiv idman növüdür, amma oyunçular komanda uğurlarından daha çox “qızıl top” qazanmağı düşünürlər. Lionel Messinin və Kriştiano Ronaldonun dövrü başa çatdıqdan sonra bu mükafata marağımı itirdim”.

“Qızıl top”un hazırkı sahibi PSJ-nin və Fransa millisinin hücumçusu Osman Dembeledir.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!