"Sabah" komandası Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək.
Sportinfo.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.
"Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.
"Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sabah" (Azərbaycan) 0:0
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrar, Matyo Vernis (hamısı Fransa)
VAR: Jerom Brisar (Fransa)
AVAR: Momçilo Markoviç (Serbiya)
"Old Trafford", Mançester, İngiltərə.
