"Bu komandaya məğlub olmaq ağrılıdır" - Valdas Dambrauskas

02:10 Sabah 104
"Bu komandaya məğlub olmaq ağrılıdır" - Valdas Dambrauskas

“Sabah”ın “Mançester Yunayted”ə məğlubiyyəti böyük təcrübə deməkdir.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının Liqa mərhələsinin “Mançester Yunayted”lə (İngiltərə) 1-ci tur qarşılaşmasından sonra mətbuat konfransında deyib.

Mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

“Bura gələndə başa düşürdük ki, qarşımızda böyük sınaq dayanır. “Mançester Yunayted” uşaqlıqdan dəstəklədiyim klubdur.

Buna görə də “Old Trafford”da yer alaraq onlara qarşı mübarizə aparmaq mənim üçün artıq böyük şərəf idi. Bu komandaya məğlub olmaq ağrılıdır, amma eyni zamanda bizim üçün böyük təcrübədir.

Bu məğlubiyyətdən çox şey öyrənə bilərik. Onlar dünyanın ən böyük klublarından biridir.

“Mançester Yunayted” bu axşam səviyyəli komandanın meydanda necə çıxış etməli olduğunu nümayiş etdirdi.

Bəzən oyunu uduzursan. Bu axşam isə biz sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq”.

“Mançester Yunayted” – “Sabah” matçı “qırmızı şeytanlar”ın 4:0 hesablı qələbəsi ilə bitib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”