İngiltərəyə gedən “Sabah” üçün bundan gözəl nə xəbər ola bilər? - FOTOLAR

20:00 Sabah 45
İngiltərəyə gedən “Sabah” üçün bundan gözəl nə xəbər ola bilər? - FOTOLAR

“Sabah” Çempionlar Liqasının liqa mərhələsində ilk oyuna hazırlaşır.

Azərbaycan Premyer Liqasının və ölkə kubokunun son qalibi İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.

Təmsilçimiz tarixi ”Old Trafford” stadionunda dəstəksiz qalmayacaq.

Cümə axşamı baş tutacaq oyun İngiltərədə və digər Avropa ölkələrində yaşayan həmyerlilərimizin diqqət mərkəzindədir.

Son bir həftədə “Sabah”a edilən müraciətlərdə tərəfdarların oyun günü tribunada yer almaq istəyi öz əksini tapıb.

Belələrinin sayı kifayət qədərdir. İlk ehtimala görə, “Mançester Yunayted” – “Sabah” qarşılaşmasında təxminən 250-300 nəfər qonaq komandanı dəstəkləyəcək.

Oyun günü sayın artacağı, 500 nəfərə çatacağı istisna olunmur.

Sentyabrın 10-da keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO