Paytaxt təmsilçisinə keçidi yenidən gündəmə gəldi - “Roma”lı yarımmüdafiəçinin

10 Sentyabr 23:40 İtaliya 429
Paytaxt təmsilçisinə keçidi yenidən gündəmə gəldi - “Roma”lı yarımmüdafiəçinin

“Roma”nın yarımmüdafiəçisi Manu Konenin “Çelsi”yə keçidi yenidən gündəmə gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu qış transfer dövründə Koneni transfer etmək üçün “Roma”ya təklif göndərməyi planlaşdırır.

“Çelsi”nin fransalı futbolçu üçün mümkün anlaşmaya özünün vingeri Ceymi Bayno-Gittensi də daxil etməyi nəzərdən keçirdiyi bildirilir.

“Çelsi” 25 yaşlı yarımmüdafiəçini yayda transfer edə bilməyib. Ancaq London təmsilçisi yanvarda bu keçidi reallaşdırmaq üçün yeni cəhd etmək niyyətindədir.

Kone cari mövsümdə İtaliya çempionatında 3 oyunda meydana çıxıb. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…