“Qarabağ”ın kapitanı Ərəbistan klubu ilə müqavilə bağladı, ilk oyuna çıxdı - FOTOLAR

09:20 Qarabağ 67
“Qarabağ”ın kapitanı Ərəbistan klubu ilə müqavilə bağladı, ilk oyuna çıxdı - FOTOLAR

“Əl-Oroba” (Səudiyyə Ərəbistanı) Abdulla Zubirlə müqavilə imzalandığını rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə birinci divizion təmsilçisi (statusuna görə 2-ci liqa) məlumat yayıb.

“Qarabağ”ın fransalı sabiq yarımmüdafiəçi 2026/2027 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək.

Fransa mediası dünən Zubirin “Əl-Oroba”ya keçidində problem yarandığını, maliyyə məsələlərinə görə onun transferinin federasiyada təsdiqlənmədiyi barədə xəbər yaymışdı. Lakin görünür, bu problem son anda aradan qaldırıllb.

Zubir müqavilə bağladıqdan sonra hətta yeni komandasında debüt də edib. “Al-Rabia”ya qarşı matçda (2:2) ehtiyat heyətdə yer alan 34 yaşlı vinger sonradan matça daxil olub.

Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər

Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər

Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər

Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər

Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!