AFFA aşağı yaş qrupları üzrə ölkə çempionatına yenilik gətirib.
Bu barədə saytımıza federasiyadan məlumat verilib.
həmin informasiyaya əsasən, yenilik U-15, U-16, U-17 və U-19 liqalarını əhatə edir.
Belə ki, bu liqalarda mübarizə aparan komandalar yalnız AFFA tərəfindən qəbul olunmuş stadionların xidmətindən yararlanacaq.
Qurumun müəyyənləşdirdiyi kriteriyalara cavab verməyən arenaların siyahısı dəqiqləşdirilib və iştirakçılara bu barədə məlumat verilib.
AFFA seçim edərkən futbol meydançalarının ölçülərini, onun mövcud durumunu və qurğunun ümumi şəraitini əsas götürüb.
SPORTİNFO.AZ
