"Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim oldu?

11 Sentyabr 01:40 Araşdırma 493
"Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim oldu?

Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda keçirilən "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb.

Matçın ən yaxşısı Patrik Dorqu olub. 22 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və 72-ci dəqiqədə Herri Amassla əvəzlənib.

Baxımlı oyun nümayiş etdirən danimarkalı futbolçu komandasının ilk qolunun ötürməsini də verib. Belə ki, 27-ci dəqiqədə Dorqunun ötürməsindən sonra Mateus Kunya fərqlənib.

Sözügedən oyunda "Mançester Yunayted" 4:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti