Beynəlxalq turnirdə iştirak edəcək komandaların təqdimat mərasimi keçirildi

04:40 Atçılıq 39
Beynəlxalq turnirdə iştirak edəcək komandaların təqdimat mərasimi keçirildi

Sentyabrın 11-dən 13-dək "See Breeze 2026" beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimat mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən ARAF-ın baş katibi Elvin Məmmədxanov turnirdə mübarizə aparacaq komandalara uğurlar arzulayıb.

Daha sonra "World polo" şirkətinin prezidenti Reto Qaudenzi İsveçrə, Böyük Britaniya, Azərbaycan və Rusiya kollektivlərini ardıcıllıqla səhnəyə dəvət edib. Son olaraq komandalar kollektiv şəkil çəkdiriblər.

Turnirin açılış oyununda qum üzərinə "Red Star" və "Sankt Moritz" komandaları çıxacaqlar. Bu matç sentyabrın 11-də, saat 16:00-da start götürəcək.

Günün ikinci qarşılaşmasında isə yerli "Elit polo club" "Moscow polo club"la qarşılaşacaq. Turnirə sentyabrın 13-də yekun vurulacaq

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il