Yankoviç Azərbaycanda klubunu dəyişdi

11 Sentyabr 00:30 Turan 2 863
Yankoviç Azərbaycanda klubunu dəyişdi

“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisi son olaraq “Sumqayıt”da çıxış edən Aleksa Yankoviçi transfer edib.

Klubun yaydığı açıqlamaya görə, 26 yaşlı serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Yankoviç karyerası ərzində Serbiyada “Partizan”, “Çukariçki” və “Vojdovaç” klublarının da formasını geyinib.

Bu yay “Turan Tovuz” Dioqo Balau, Aleksey Kenyaykin, Stiv Beusnard, Filip Damyanoviç və Rahil Məmmədovu da transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!