Orada nə var? Bu klub daha məni özünə çəkmir - Qayıdacağı deyilən baş məşqçi

11:40 Qəbələ 235
Orada nə var? Bu klub daha məni özünə çəkmir - Qayıdacağı deyilən baş məşqçi

Elmar Baxşıyev yenidən «Qəbələ»yə qayıtmaq fikrində deyil.

Bu barədə onun yaxın çevrəsindən redaksiyamıza məlumat verilib.

Bildirilib ki, baş məşqçi 2,5 il öncə ayrıldığı «qırmız-qaralar»ın sükanı arxasına dönməyə hazırlaşmır.

Mütəxəssis mətbuatda haqqında çıxan xəbərlərə rəğmən, ikinci dəfə orada çalışmağa həvəs göstərmir.

O, «Qəbələ»də nə var? Bu klub daha məni özünə çəkmir. Görüb gəldiyim yerə qayıtmaq istəmirəm.

Başqa klublardan təklif olsa, gözdən keçirərəm» - ətrafındakı şəxsərə belə də söyləyib.

Baxşıyev 2020-2024-cü illər aralığında «Qəbələ»də fəaliyyət göstərib. Buradan ayrılandan az sonra - 2024-cü ilin martında «Araz-Naxçıvan»la anlaşıb.

2026-cı ilin yanvarınadək «ağ-qaralar»ı çalışdırıb. Həmin tarixdən bəri işsizdir.

Məlum olduğu kimi, Kaxaber Sxadadze 2 gün öncə “Qəbələ”nin baş məşqçi postundan gedib.

Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun köməkçisi Georgi Çixradze ilə əməkdaşlığa da son qoyulub.

Sxadadze 25 fevral 2024-cü ildə “Qəbələ”nin baş məşqçisi təyin olunub.

Həmin vaxt komanda Premyer Liqada çıxış edir və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşırdı. 2023/24 mövsümünün yekunlarına əsasən, klub I Liqaya düşüb.

Artıq növbəti mövsümdə Ssxadadze “Qəbələ”ni yenidən elitaya qaytarıb. Komanda vaxtından əvvəl yüksəlişini təmin edib, daha sonra isə 2024/25 mövsümündə I Liqanın çempionu olub.

Ötən mövsüm “Qəbələ” Premyer Liqada güclə yerini qoruyub. Qəbələ təmsilçisi turnir cədvəlində 11-ci, yəni sondan əvvəlki pilləni tutub. Keçid oyununda isə I Liqa klubu “Mingəçevir”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Sxadadzenin istefası 2026/27 mövsümündə Premyer Liqada baş məşqçi postunda ilk ayrılıqdır.

Məlumatınız olsun ki, o və yardımçısı Azərbaycandan əliboş getməyib. Cütlük bu ilin sonunadək ”qırmızı-qaralar”dan pul qoparacaq. Başqa sözlə, 4 aylıq maaş məbləğində təzminat alacaqlar.

Rəqəmlər heç də kiçik deyil. Kaxanın məvacibi”Qəbələ”də 10 min dollardırsa, Çixradze 6000 dollara çalışıb

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!