Mərakeş yığmasının mərkəz yarımmüdafiəçisi Premyer Liqamızda - SON DƏQİQƏ

17:40 Zirə 153
Mərakeş yığmasının mərkəz yarımmüdafiəçisi Premyer Liqamızda - SON DƏQİQƏ

Mərakeş yığmasının oyunçusu karyerasını Azərbaycanda davam etdirəcək.

Söhbət Mehdi Mçakhcehdən gedir.

Mərkəz yarımmüdafiəçisi "Zirə" ilə danışıqları yekunlaşdırıb. 22 yaşlı ərəb yaxın günlərdə ölkəmizə gələcək və uzunmüddətli müqavilə imzalayacaq.

Yerli «Kenitra»nın yetirməsi 2024-cü ildən «Raja Kasablanka»nın formasını geyinir. O, həmin vaxtdan bəri əsas komandada 20 oyuna çıxıb

. 2025-ci ildən Mərakeş millisinə dəvət alıb və ötən müddətdə 6 dəfə bu formanı geyinib.

Mehdi qəsəbə təmsilçisinin 10-cu transferidir.

«Qartallar» ondan qabaq Amin Seydiyev ("Sabah"), Maykon Kleyton (“Portimonense”, Portuqaliya), Vierinya (“Olimpiakos”, Kipr), Ayxan Hüseynov ("Turan Tovuz"), Hüseynəli Quliyev ("İmişli"), Kris Diqbeu, Dameyn Smit, Dimitri Leqbo ("Riyeka", Xorvatiya) və Talisson Moreyra Reys ("Çaveş", Portuqaliya) ilə müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO