Getmək istəmirmiş, min bir xahiş minnətlə razı salıblar ki...

6 Sentyabr 03:20 Qəbələ 1 106
Getmək istəmirmiş, min bir xahiş minnətlə razı salıblar ki...

Kaxaber Tsxadadze istefaya göndərildi.

Nəhayət ki...

Belə görünür bıçaq sümüyə dirənməsəydi, gürcü mütəxəssisi yerindən tərpədən olmayacaqdı.

Deyilənə görə, Tsxadadze getmək istəmirmiş. Nə özü, nə də köməkçisi Çixradze. Dirənib ki, təzminat alsın. Min-bir xahiş minnətlə razı salıblar ki, bir neçə aylıq ödənişlə məsələni bağlaya bilsinlər.

Əgər bir məşqçi cəmi 3 turdan sonra istefaya göndərilirsə, bu, məşqçidən çox rəhbərliyin səhvidir.

Gəldiyi vaxt "Qəbələ"ni Premyer Liqada saxlaya bilmədi. I Liqada pulun gücünə komandanı elitaya qaytarsa da, bu dəfə yalnız son anda yerini zorla qorudu "Qəbələ".

Elə bu məqam "Qəbələ"nin prezidenti Fariz Nəcəfov üçün ciddi siqnal olmalıydı.

Həm illərin təcrübəsinə, həm büdcəsinə, həm də infrastruktur şəraitinə görə "Şamaxı", "İmişli" kimi klublardan üstün ola-ola, "Qəbələ" turnir cədvəlində onlardan aşağı yer turursa, bunun bəraəti yoxdur.

Halbuki ayrılıq qərarını yayda verməklə, bu mövsümə daha yaxşı hazırlaşmaq olardı. Məhz idarəetmədəki səhvlərə görədir ki, "Qəbələ" belə qeyri-müəyyənliklə üzləşib (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM