“Qəbələ”nin prezidenti: "Əgər həmin vaxta qədər burada qalsam..." - VİDEO

28 Noyabr 2022 14:20 Qəbələ 706
“Qəbələ”nin prezidenti: "Əgər həmin vaxta qədər burada qalsam..." - VİDEO

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş Nəcəfov həmin anlardan danışıb:

“Qorxmaq nədir? Qətiyyən ölümdən qorxmurdum. Ağlım kəsəndən bu tərəfə hər şey yadımdadır.

Mənim 15 yaşım var idi. O vaxt kənddə kağız şəklində dəvətnamə yox idi.

Yaşadığım məhlədə xeyir və ya şər olanda kəndimizdəki 300 evin hər birinə xəbər verirdim ki, belə bir şey var.

O evlərin hər birinin qapısı, girişi yadımdadır. Bizim kənd ən son işğal olunmuş kənd idi.

Bizdə qalan kəndlərə gedib öz kəndimizi izləyirdim. Həddindən artıq o yerlərə bağlı idim. İmkanım olsa idi, indi köçərəm Ağdama”.

Nəcəfov Ağdamda tikiləcək “İmarət” stadionundan danışıb: “Gözəl stadion tikiləcək. Əgər həmin vaxta qədər “Qəbələ”də qalsam, orda oynamaq əla hiss olacaq”.

Müsahibənin videosunu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti