“Klub onu satmağa razılıq verdi, çünki futbolçunun özü bu keçidi istəyirdi”

21:40 İspaniya 157
“Klub onu satmağa razılıq verdi, çünki futbolçunun özü bu keçidi istəyirdi”

“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın idman direktoru Deku, yarımmüdafiəçi Rodriqo Hernandesin transferi uğrunda mübarizədə Kataloniya klubunun qələbəsindən danışıb.

İspaniyalı futbolçu ilə “Real” da maraqlanıb. Lakin Rodri sonda “Mançester Siti”dən “Barselona”ya keçib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, Deku transfer haqda bunu deyib:

“Futbolçuların yenidən “Barselona”ya qoşulmaqda maraqlı olmaları çox vacibdir. Son üç ildə bir çox kuboklar qazanmışıq.

Bundan əlavə, düşünürəm ki, hər kəs komandamızın oyun tərzini görür, bu üslubdan zövq alır və bizə qoşulmaq istəyir. Təbii ki, bu da transfer bazarındakı işimizi asanlaşdırır.

Futbolçular nələr yaratdığımızı gördükdə onları razı salmaq daha asan olur. Lakin Rodri məsələsi unikal idi, çünki o, “Mançester Siti” üçün əsas fiqur sayılırdı.

Klub onu satmağa razılıq verdi, çünki futbolçunun özü bu keçidi istəyirdi”.

Rodrinin transferi “Barselona”ya bonuslar nəzərə alınmadan 60 milyon avroya başa gəlib.

”Barselona” 25 noyabrda, Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...