“Leyptsiq”in müdafiəçisi Kastello Lukeba Avropanın bir sıra klublarının diqqət mərkəzindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik 23 yaşlı müdafiəçini klubun əsas transfer hədəflərindən biri hesab edir.
Lukebanı transfer etmək istəyən klublar arasında “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” də var. İngiltərə Premyer Liqası təmsilçiləri onun çıxışını yaxından izləyirlər.
“Transfermarkt” portalı fransalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir. Onun “Leyptsiq”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.
Lukebanın transferini əsas hədəflərindən biri hesab edən “Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir.
