“Mənim həmişə əla hücumçularım olub, o, həmin il komandada qalsaydı...”

25 Sentyabr 18:20 Türkiyə 450
“Mənim həmişə əla hücumçularım olub, o, həmin il komandada qalsaydı...”

“Beşiktaş”ın baş məşqçisi Vinçenzo İtaliano vaxtilə “Fiorentina”da rəhbərliyi altında çıxış etmiş Duşan Vlahoviç barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Beşiktaş”ın serbiyalı hücumçusu haqda xoş sözlər deyib:

“Mənim həmişə əla hücumçularım olub, lakin Vlahoviç mənə fərqli bir şey göstərdi. O, həmin il komandada qalsaydı, daha çox nailiyyət əldə edə bilərdik”.

Vlahoviç 2022-ci ilin yanvarında “Fiorentina”dan “Yuventus”a keçib. O, bu ilin yayında isə “Beşiktaş”la müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM