Sportinfo.az xəbər verir ki, “Sabah”ın hücumçusu Coy-Lens Mikels Almaniya millisindən dəvət almaq ehtimalı və Ruanda yığmasını seçməsi barədə danışıb.
32 yaşlı qolçu Almaniyanın “NTV Sport” podkastına müsahibəsində bildirib ki, Ruanda millisində hələ rəsmi matça çıxmadığı üçün nəzəri olaraq Almaniyanı seçmək imkanına malikdir:
“FIFA-nın qaydalarını dəfələrlə oxumuşam. Mən hələ də Almaniya millisində oynaya bilərəm.
Ruanda üçün rəsmi oyuna çıxmamışam. Buna görə də Yurgen Klopp həqiqətən məni istəsə, hələ də dəvət edə bilər.
Amma sentyabrın 25-də bu imkan rəsmən başa çatacaq. Həmin gün Ruanda millisində rəsmi matça çıxacam”.
