"Neftçi”nin sabiq məşqçisi Dmitro Qolovko 8 illik aradan sonra Azərbaycana dönüb.
O, "Araz-Naxçıvan"da işə başlayıb.
Fiziki hazırlıq üzrə mütəxəssis bura yeni baş məşqçi Yuri Maksimov tərəfindən dəvət olunub.
46 yaşlı Qolovko Muxtar Respublika təmsilçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Dmitro Qolovko bunadək Ukraynada "Dinamo” (Kiyev), "Krivbass”, "Karpatı”, "Volın”, "Çernomorets”, "Vorskla", Rusiyada "Volqa”da işləyib. 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 millisində fəaliyyət göstərib.
"Neftçi"yə vaxtilə onu Tərlan Əhmədov dəvət edib. 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək birgə fəaliyyət göstəriblər.
Üç gün öncə «Araz-Naxçıvan»ın sükanı arxasına keçən Yuri Maksimov məşqçi korpusunu formalaşdırmağa başlayıb.
Ukraynalı mütəxəssis Zaur İsmayılovu düşərgəyə qaytarıb. O, Cavid Hüseynovun faktiki baş məşqçi olduğu 4 ay ərzində kağız üzərində bu səlahiyyəti daşımış İsmayılovu özünə köməkçi götürüb.
«Ağ-qırmızılar»la 8 aylıq müqavilə imzalayan çalışdırıcı Hüseynovun özüylə bura gətirdiyi yardımçılardan birinin də xidmətinə ehtiyac duyub. İyuldan bəri qapıçılarla çalışan Şahin Məmmədov öz fəaliyyətini davam etdirəcək.
SPORTİNFO.AZ
