“Xankəndi” baş məşqçi Zaur Hacıyevlə yollarını ayırıb
Sportinfo.az xəbər verir ki, bu barədə I Lqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Xankəndi” klubu ilə komandanın baş məşqçisi Zaur Hacıyev arasında əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
Zaur Hacıyev 2026-cı ilin yanvarında baş məşqçi təyin edilmişdi. Komanda 3 turdan sonra 1 xalla 7-ci pillədədir.
