Millimizin hansı oyunçusunu Hakan Çalhanoğluna bənzətdilər?

20:40 Milli komanda 124
Millimizin hansı oyunçusunu Hakan Çalhanoğluna bənzətdilər?

Bursalı azarkeşlər Toral Bayramovu millinin düşərgəsinə linç edərək göndərmişdi.

Klubun sosial media səhifələrində yazılan rəylər türkiyəli fanatlarda həmyerlimiz barədə mənfi fikirlərin formalaşdığını göstərirdi.

Biri “instagram”da az vaxt keçirməsini tövsiyə edir, digəri Azərbaycanda qalıb Türkiyəyə qayıtmamağı məsləhət görür, bir başqası Toralın ötən mövsüm Çempionlar Liqasında necə oynadığını yazırdı.

Ta ki, cərimə zərbəsindən Tacikistanın qapısına qol vurana qədər.

Bu qoldan sonra Bayramova olan münasibət 180 dərəcə dəyişib. İndi onu qəhrəman kimi qəbul edir, vaxt verilməli olduğunu yazır, günahı “Bursaspor”un baş məşqçisində axtarırlar.

“Timsah Haber” adlı “feysbuk” səhifəsində Toralın millinin heyətində vurduğu qol paylaşılıb. “Bursa” azarkeşləri də həmin qola münasibət bildirib.

Tanış olun:

“İnşallah, Bursada da uğurlu olar”.

“Bursadakı bəzi klavyatura qəhrəmanları bəyənmirdi, “göndərin getsin” deyirdilər, nə oldu, səsiniz gəlmir”.

“Bu adam haqqında mənfi rəy yazanlara girsin bu qol”.

“Bursa azarkeşi niyəsə sevmir bu uşağı. Şəxsən bəyənirəm. Futbol zəkası yaxşıdır, hərəkətlidir, daim hücum etməyi xoşlayır, ötürmə alış-verişləri uğurludur, dəqiq zərbələrə sahibdir. Sevgi göstərsək, məncə, yaxşı işlər görəcək Bursamız üçün”.

“Hakan Çalhanoğlu “İnter”də şou göstərir, millidə oynayanda heykələ dönür. Bu Toral da Hakanın tam tərsidir. Millidə oynayır, klubda “yatır”.

“Əla topçudur. Türkiyəni başqa liqaya dəyişməsə, məhv edəcəklər uşağı”.

“Bravo, Toral. “Bursaspor”da da vuracaqsan bu qollardan. Sənə inanıram”.

“Belə bir bacarığın varsa, bizə niyə göstərmirsən, oğlum?”.

25 yaşlı futbolçu cari mövsümdə “Bursaspor”un heyətində 7 oyunda 237 dəqiqə meydanda olmaqla aldığı 2 sarı vərəqə ilə diqqət çəkib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...