Azərbaycanlı gənclər Çexiyaya uduzmadı - CANLI YAYIM

25 Sentyabr 19:40 Milli komanda 642
Azərbaycanlı gənclər Çexiyaya uduzmadı - CANLI YAYIM

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, B qrupunda yarışan Rəşad Eyubovun komandası 8-ci turda Bakıda qrup ikincisi Çexiya millisi ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"da keçirilən görüşü irlandiyalı FİFA referisi Aaron Odoud idarə edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.

Azərbaycan (U-21) – Çexiya (U-21) 1:1

Qollar: Filip Lissah, 38 (0:1), Eşqin Əhmədov, 45 (1:1)
Masazır, Bank Republika Arena
Baş hakim: Aaron Odoud (İrlandiya)

Azərbaycan: Sadiq Məmmədzadə, Hikmət Cəbrayılzadə, Emin Rüstəmov, Raul Məmmədov, Eşqin Əhmədov, Nihad Əhmədzadə, Ayxan Süleymanlı (k), Sənan Muradlı, Bilal İsmayılov, Nəriman Axundzadə, Ağadadaş Salyanski

Baş məşqçi: Rəşad Eyyubov.

Çexiya: Yan Koutni, Mikulaş Koneçni, Adam Şevinski, Filip Lissax, Albert Labik, Huqo Sohurek, Aleksandr Bujek, Matej Şin (c), Tomas Yelenik, Lukaş Maşek, Vít Şkrkonn. Baş məşqçi: Mixal Bilek

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!
9 Noyabr 07:20 Günün FOTOsu!